SƏNAYE

Qarışqalar torpağı necə münbitləşdirir?
09 AVQUST
95

Qarışqalar torpağı necə münbitləşdirir?

2018-08-09 11:55:00

Qarışqalar dünyanda geniş yayılmış həşəratlardır. İndiyə qədər təxminən 12 min qarışqa növü müəyyən edilib. O da bəlli olub ki, qarışqalar insanlardan 20 milyon dəfə çoxdur. Həyat tərzləri çox maraqlıdır, həmrəylik içində yaşayır, bir təşkilat şəklində işləyir, tikinti işləri aparır, qidalar toplayır, və s. Yaşadıqları və işlədikləri müddətdə onlara zərər vermək istəyən canlılara qarşı birgə mübarizə aparırlar.
Deyirlər qarışqalar dünyanın hər yerində var, skileti bədəndən kənarda yerləşən qarışqalar xususi görünüşə malikdir. Bu görünüş onları digər həşəratlardan çox fərqləndirir. 
Başında antennası olan və dünyanın ən işlək həşəratları  sayılan qarışqaların təbiətə faydaları çoxdur. Qarışqalar torpağın havalanmasını  və humus ilə zənginləşdirilməsinə böyük kömək edir. Qırmızı qarışqalar (ən çox məşələrdə rast gəlinir) ağacları və digər bitkiləri kiçik zərərvericilərdən qoruyur. Onlar ağaclara zərər verən həşəratlarla qidalandıqları üçün təbiətdə balansın pozulmasına mane olurlar. Qarışqaların torpaqda açdığı çuxurlar yağış sularının yeraltına süzülərək münbitlik yaratmasına imkan verir. Nəticədə, torpağın daha yumuşaq olmasına və bitkilərdə uzun müddət su ehtiyatının yaranmasına gətirib çıxarır. 
Qarışqalar haqqında bilmədiyiniz maraqlı faktlar: 
- Qarınlarında  iki mədə var, birində özüləri üçün, digərində  isə başqa  qarışıqlarla paylaşmaq üçün qida saxlayır;
- Həşərat növləri arasında ən böyük beyinə malikdirlər;
- Qarışqalar yaşıl, sarı, qəhvəyi, qırmızı, mavi və hətta çəhrayı rənglərdə olurlar;
- Qarışqalar özlərindən 20 dəfə ağır yük daşıya bilirlər;
- Qarışqalar yalnız toxunmaq üçün deyil, qoxu almaq üçün də antenalarını istifadə edirlər;
- Qarışqalar həm ət, həm də ot yeyən canlılardandır; 
- İşçi qarışqa çöldə bir qida qaynağı tapdığında, digər qarışqaları ora çağırmaq üçün xüsusi bir qoxu buraxır;
- Boyları 2-7 mm arasında dəyişən qarışqaların 3-4 sm-ə çatan növləri də var;
- Ömürləri ortalama 45-60 gündür.

“Aqrobiznes” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251