SƏNAYE

Nar bağlarına qulluq qaydaları
07 AVQUST
140

Nar bağlarına qulluq qaydaları

2018-08-07 09:44:00

Narın becərilmə texnologiyasını təkmilləşdirən əsas göstəricilərdən biri kollara forma verməklə, sonrakı illərdə böyümə və inkişafı nizama salmaq məqsədi ilə budama əməliyyatının aparılmasıdır. Nar tingi daimi yerinə əkildikdən sonra 2-ci ildən başlayaraq ona çox gövdəli kol forması verilir. Öyrənilən variantlar içərisində ən yaxşı 4-6 gövdəli forma hesab olunur. Beləliklə, hər yuvada 4-6 sərbəst gövdə saxlanılır. Həmin gövdələrə seyrək çətirli kassa şəkilli forma verilir. Adətən, kök pöhrələri payız-qış dövründə kəsilib atılır, nar bağına peyin  payızda şumdan qabaq hər hektara 35-40 ton hesabı ilə ilaşırı verilir. Hər il payızda fiziki çəki hesabı ilə 500-600 kq superfosfat, 120 kq kalium gübrələri verərək, arxasınca 18-22 sm dərinlikdə şumlama aparılır, 250-300 kq ammonium şorasının iki müddətdə yarısının aprel, qalan hissəsinin isə iyun aylarında yemləmə şəklində verilməsi məsləhətdir.
Vegetasiya dövründə 7 dəfə suvarma aparılmalıdır.
Nar bağlarında əsas aqrotexniki tədbirlərdən biri də cərgəarasının saxlanılmasıdır. Odur ki, torpağın strukturunu yaxşılaşdırmaq və münbitliyini bərpa etmək məqsədi ilə 4-5 il müddətinə cərgəaralarının çoxillik ot bitkiləri (rayqras, çoban toppuzu, yonca) altında saxlanması məsləhətdir. Vegetasiya dövründə 3-4 dəfə çalım olmalı və hər çalımdan sonra suvarma aparılmalıdır.
Narın xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri də əhəmiyyət kəsb edir.
Payız-qış dövründə (noyabr, mart) bağlarda 1%-li “DNOK” və yaxud 5-6%-li “30№-li” preparatlardan biri ilə mübarizə aparılmalıdır. Mübarizə sakit və isti havada 100S-də getməlidir. Vegetasiya dövründə dəmgil xəstəliyinə qarşı 1%-li Bordo mayesi və ya 0,4% Sineblə çiləmə aparılır, nar mervəyayəninə qarşı 0,2%li Bi-58, Karate və buna oxşar kimyəvi praparatların birindən istifadə olunur. Vegetasiya dövründə aparılan mübarizə işləri apreldən başlayaraq hər 20-25 gündən bir təkrarlanaraq meyvə yığımına azı bir ay qalmış dayandırılmalıdır. Kütləvi çiçəkləmə dövründə çiləmə aparmaq qadağandır.

“Aqrobiznes”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259