SƏNAYE

İvan Kazakov: “Balın keyfiyyəti, arıçının vicdanıdır”
03 AVQUST
133

İvan Kazakov: “Balın keyfiyyəti, arıçının vicdanıdır”

2018-08-03 13:58:00

“Kəndimizdə heyvandarlıq və arıçılıqla məşğul oluram. Arıçılığa daha çox diqqət yetirirəm. Arıçılıqda ən müasir metodlardan istifadəyə üstünlük verirəm. Bunlardan biri də bir neçə arı ailəsinin bir yerdə saxlanmasıdır”. Bu fikirləri İsmayıllı rayonunun İvanovka kəndində kənd təsərrüfatı ilə məşğul olan fermer İvanKazakov deyib.

Fermer İvanovkada mövcud olan ən böyük problemlərdən birinin gənclərin şəhərə axını olduğunu deyib: “İvanovka kəndində qarşılaşdığımız ən mühüm problem gənclərin şəhərə qaçmasıdır. Artıq biz fermerləri qocalar və gənclərə ayıtırılar. Mənə elə gəlir ki, kənd təsərrüfatında çalışa biləcək peşəkar ixtisas sahiblərinin yetişdirilməsi və bu prosesin texniki peşə məktəblərində aparılması çox vacibdir. Bir vaxtlar texniki peşə məktəbləri aqrar sektorda müxtəlif sahələr üzrə kadrların hazırlanmasında böyük rol oynayırdı”.

İvan Kazakov Arıçılar Assosiasiyasının yaradılmasını müsbət addım kimi qiymətləndirir: “Bu çox müsbət hadisədir. Biz öz həmkarlarımızla məsləhətləşir və fikir mübadiləsi aparırıq. Bu gün havaların isti keçməsi bal məhsuldarlığının səviyyəsinə də təsir göstərir. Biz çalışırıq ki, ilk olaraq may-iyun aylarında, sonra isə iyul-avqust aylarında daha çox məhsul götürək. Çünki bizim bölgənin təbii iqlim şəraiti binu tələb edir. Müştərilərimiz “Kazakov və oğulları” adı altında satılan bal məhsullarımızı yaxşı tanıyırlar. Biz İsmayıllı rayonunda hasil etdiyimiz balı Bakı şəhərindəki mağazalar vasitəsilə satışa çıxarırıq. Bu artıq bir brenddir. Bizim balımız laboratoriyalarda aparılan analizlərin nəticələrinə görə ən keyfiyyətli bal sayılır”.

İvanovkalı fermer balın keyfiyyətində coğrafi şərait və qulluqla yanaşı arıçının yanaşmasının da rol oynadığını deyir: Biz ailə üzvlərimiz arasında belə bir söz işlədirik - balın keyfiyyəti, arıçının vicdanıdır. Bu doğrudan da belədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253