SƏNAYE

“Şahdəniz”dən bu vaxtadək 94 milyard kubmetr təbii qaz hasil olunub
03 AVQUST
153

“Şahdəniz”dən bu vaxtadək 94 milyard kubmetr təbii qaz hasil olunub

2018-08-03 12:15:00

İndiyədək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 94 milyard kubmetr təbii qaz hasil edilib.

Bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb. Bildirilir ki, “Şahdəniz”dən hasilat başlanandan bəri ümumi hasilat qaz üçün 94 milyard standart kubmetrə və kondensat üçün 23 milyon tona çatıb.

Qeyd edək ki, cari ilin birinci yarısı ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 250 milyon dollardan çox əməliyyat və təqribən 798 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.

Yarım ildə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə), Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam edib.

Altı ay ərzində yataqdan 5 milyard standart kubmetr qaz və 1,1 milyon ton (təqribən 9 milyon barrel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 32 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259