SƏNAYE

Badımcanın bu növlərini tanıyırsınızmı?
02 AVQUST
268

Badımcanın bu növlərini tanıyırsınızmı?

2018-08-02 16:34:00

Badımcanın vətəni Hindistandır. XVIII əsrdən Qafqaz regionunda becərilir. Müəyyən edilmişdir ki, badımcanı təzə halda yedikdə, qanda xolestrinin miqdarı 1,5-2 dəfə azalır. Yemək üçün hazırlanan badımcanın müalicəvi əhəmiyyəti olmaqla, o, ateroskleroz, sarılıq və podaqra xəstəliklərinin qarşısını alır.
Respublikamızda badımcanın  tezyetişən “Gəncə”, “Yaxşılaşdırılmış Billur”, “Məhərrəm”, ortayetışən “Zəhra”, “Fədai”, gecyetişən “Türkan” sortları rayonlaşdırılıb. 
Badımcanın sələfləri çoxillik otlar, taxıl, paxlalı bitkilər, tərəvəz bitkilərindən xiyar və kələmdir. Növbəli əkində badımcanı pomidor, bibər və kartofdan sonra əkmək olmaz.
Şitil yetişdirərkən toxum səpilməsindən cücərtilərin alınmasına qədər istıxanalarda istilik 130 dərəcədən aşağı olmamalıdır. 
Badımcan şitili güney sahələrdə 70x30sm sxemlə əkilməlidir.
Badımcan bitkisi üçün hektara 20 ton peyin verilməsi şərtilə mineral gübrələrin norması N150-200, P200-220, K180-200 kq-dır. Peyinin 50%-i fosforun 60%-i ilə birlikdə əsas şum altına verilir. Peyinin qalan 50%-i əkin zamanı cərgələrə və yuvalara verilib torpağa qarışdırılır. Qalan 40% fosfor, azot və kaliumun hamısı 2 bərabər hissəyə bölünərək, birinci hissəsi meyvə əmələgəlməyə başlayan zaman, ikinci hissəsi isə ikinci yığımdan sonra torpağa verilir və qarışdırılır.
Bitkilərə əsas qulluq işləri torpağın yumşaldılmasından suvarılmanın və yemləmə gübrəsinin vaxtında verilməsindən ibarətdir.
Toxumluq badımcan bitkisinin sortlarından və becərildiyi torpaq və iqlim şəraitindən asılı olaraq hər hektara şitil üsulunda 400-500 q, şitilsiz üsulda isə 3-4 kq toxum sərf olunur.
1 hektar badımcanın toxumluq sahəsindən 150-200 kq toxum almaq olar. 1 hektar əkin sahəsinə 52-60 min badımcan şitili sərf olunur. 1 meyvədən toxum çıxımı 75-80% olur.
Badımcanın geniş yayılmış xəstəlikləri “atternazioz”, “antraknoz”, “trixomikoz”, “boz çürümə” hesab edilir. Xəstəliklərə qarşı mübarizədə müxtəlif funqisidlərdən istifadə olunur.
Bir hektar sahədə badımcan yetışdirilməsinə 7 min 233 manat xərc çəkilir, 1 kq toxumun maya dəyəri 121 manat təşkil edir.

“Aqrobiznes”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259