SƏNAYE

Veriləcək subsidiyalar məlum oldu
02 AVQUST
137

Veriləcək subsidiyalar məlum oldu

2018-08-02 16:21:00

Bu il əkində istifadə olunmuş yanacaq və motor yağlarına, buğda və çəltik əkininə görə istehsalçılara 26 milyon 399 min 889 manat, yaş barama istehsalına görə 249 min 502 manat subsidiya ödəniləcək. Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının iclasında bu barədə qərar qəbul olunub. 
Komissiyanın iclasında:
- hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 50 manat;
- buğda və çəltik əkinlərinə görə  əlavə 40 manat;
- barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilməsi ilə bağlı rayon (şəhər) idarələrindən daxil olmuş sənədlərə baxılıb.
Subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet  səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar"  bölməsində yerləşdiriləcək.

“Aqrobiznes” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251