SƏNAYE

Altı ay ərzində “Şahdəniz”dən 5 milyard kubmetr təbii qaz çıxarılıb
02 AVQUST
158

Altı ay ərzində “Şahdəniz”dən 5 milyard kubmetr təbii qaz çıxarılıb

2018-08-02 09:31:00

İlin birinci yarısında “Şahdəniz” yatağından 5 milyard kubmetr təbii qaz və 1,1 milyon ton (təqribən 9 milyon barel) kondensat hasil edilib.

Bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 32 milyon standart kubmetr və ya ildə təqribən 10,9 milyard kubmetrdir.

“Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib.

Yanvar-iyun aylarında “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 250 milyon dollar əməliyyat və 798 milyon dollar isə əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259