SƏNAYE

BTC-yə ilin I yarısında 74 mln. dollar xərclənib
01 AVQUST 2018
328

BTC-yə ilin I yarısında 74 mln. dollar xərclənib

2018-08-01 18:25:00

2018-ci ilin I yarısı ərzində “BTC Co.” Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə fəaliyyətlərə 74 mln. ABŞ dolları sərf edib.

BTC üzrə əməliyyat xərcləri təqribən 61 mln. dollar, əsaslı xərclər isə təqribən 13 mln. dollar təşkil edib. İlin I yarısında əməliyyat xərclərinin həcmi illik müqayisədə 4,7% azalıb, əsaslı xərclərin həcmi isə 30% artıb.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 1-ci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 399 mln. tondan artıq (2,99 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3 916 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2018-ci ilin 1-ci yarısı ərzində isə BTC vasitəsilə 17 mln. tondan çox (təqribən 125 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 158 tankerə yüklənib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), “ExxonMobil”(2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır