SƏNAYE

Sahələrinizi şumlamağa başlayın!
01 AVQUST
159

Sahələrinizi şumlamağa başlayın!

2018-08-01 12:10:00

Növbəti il üçün taxıl istehsalı ilə məşğul olan fermerlər taxıl biçini aparılan sahələrdə dərhal torpaq becərmə işlərinə başlamalıdırlar. Taxıl əkiləcək sahənin şumunun keyfiyyətli və səpindən 2-3 ay tez aparılması məhsuldarlığı  yüksəlməsinə təsir göstər amillərdəndir. Taxıl əkiləcək sahə sələf bitkilər yığılan kimi 25-30 santimetr dərinlikdə şumlanmalıdır.
Taxıl biçinindən sonra əkin qatında torpaq öz nəmliyini müəyyən müddət qoruyur. Torpaq yumşaq olduğuna görə şumun əkindən dərhal sonra aparılması bu prosesi bir qədər də asanlaşdırır. İyul-avqust aylarında taxıl səpini üçün aparılan şum imkan verir ki, torpaqda olan ziyanvericilər və alaq toxumları səpinə 2-3 ay qalmış məhv olsun.
Taxılın  əsasən dənli bitkilər, kartof, tərəvəz, bostan və sair bitkilərdən sonra əkilməsi məqsədəuyğundur. Eyni sahədə 2-3 ildən artıq taxıl əkilməsi məsləhət deyil.
Biçindən sonra küləş sahədən toplanıb daşınmalıdır. Sahə saman doğrayan kombaynlarla biçildikdə küləşin əkin sahəsində qalaraq şumlanması torpaq qatında əlavə qida mühitinin yaranmasına imkan verir.
Növbəti ilin səmərəli taxıl istehsalının bünövrəsinin qoyulması üçün qısa müddətdə əkiləcək sahələrin şumlanmasını həyata keçirmək lazımdır.

“Aqrobiznes”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259