SƏNAYE

“Aqrolizinq” ASC ödənişlərin qəbulunda yenilik edib
01 AVQUST
207

“Aqrolizinq” ASC ödənişlərin qəbulunda yenilik edib

2018-08-01 12:01:00

Aqrolizinq ASC 1 avqust 2018-ci il tarixindən AsanPay ödəniş sisteminə inteqrasiya olunub. Artıq şirkətin fəaliyyət növlərinə uyğun ödənişlərin ödənilməsi AsanPay ödəniş terminalı və elektron kartlar vasitələri ilə Asan Ödəniş sistemi üzərindən aparıla bilər. Bunun üçün ödəyicilər asanpay.az saytında daxil olaraq Kredit/Lizinq bölməsində Aqrolizinq ASC bölməsini seçərək FİN kodunu yazmalı və öz şəxsiyyətini identifikasiya etməlidir. Daxil edilən məlumatlara uyğun sistemdən ödəyicinin öhdəliklərinə dair məlumatlar çağırılır və ödəniş edilməsi təklif olunur.

Bu gündən etibarən Asan Ödəniş sistemi ilə digər ödəniş sistemlərinin inteqrasiyası nəticəsində “E manat”, “Milliön” , “Hesab.az” kimi ödəniş sistemlərindən və poçt məntəqələrindən ödəniş etmək mümkün olacaq.

“Aqrolizinq” ASC-nin  ASAN PAY sisteminə inteqrasiyasında əsas məqsəd vətəndaşlara lizinq xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256