SƏNAYE

Sağlamlığını düşünən insanların seçimi - "Ağdağ"
27 İYUL
272

Sağlamlığını düşünən insanların seçimi - "Ağdağ"

2018-07-27 16:22:00

Ömrümüzün böyük hissəsi qapalı məkanlarda – evimizdə, çalışdığımız ofislərdə keçir. Bu baxımdan bu məkanların sağlamlığımız üçün təhlükəsizliyi, hətta faydalılığı həyati vacib məqamlardandır. Bəzən insanlar özlərinə yuva qurarkən, yeni mənzillər inşa edərkən əsasən məlumatsızlıqdan bu mühüm məqamı gözardı edirlər. Amma artıq dünya il-ildən inkişafa doğru irəliləyir, yeni-yeni tətbiq olunan yüksək texnologiyalar insanların həyatını yüngülləşdirməklə yanaşı, sağlamlıqlarının qorunmasına da xidmət etmiş olur. Bir neçə il əvvəl insanlar evlərini yalnız qara suvaqla suvanmasını mümkün sayırdılar, sağlamlıq üçün daha faydalı gips əsaslı suvaqdan xəbərsiz idilər. Ancaq Azərbaycanın və ümumilikdə Qafqazın inşaat materialları bazarında lider şirkətlərdən olan “Mətanət A” şirkəti bu boşluğu doldurdu. 2002-ci ildə əsası qoyulmuş, ixrac yönümlü, Qafqazda ilk müasir tipli gips zavodu "AĞDAĞ" 2007-ci ilin əvvəllərində məhsul itehsalı ilə fəaliyyətə başladı. Çox böyük istehsal gücünə malik olan "AĞDAĞ" müasir Gips zavodu xalqımızın sağlam mühitlə təmin olunmasına xidmət edən "AĞDAĞ" məhsulunu istehsal edir və zavodun istehsal gücünün qarşıdakı illərdə daha da artırılması şirkət rəhbərliyinin gələcək planlarının əsas spektrini təşkil edir. Zavod qabaqcıl alman texnologiyasına əsaslanır, istehsal prosesi rəqəmli texnologiya ilə avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə total nəzarət həyata keçirilir. Zavodda 8 çeşiddə məhsul istehsal olunur. Bu məhsullar evlərimizin daxili təbibinə çevriliblər. Xatırlatmaq yerinə düşər ki, qara suvaq ilə suvanmış evlər rütubətli və müxtəlif xəstəliklərə münbit şərait yaradan, sağlamlığa faydalı olmayan bir məkan hesab olunur. Təsadüfi deyil ki, bütün Avropa ölkələri, Almaniya, Türkiyə və digər inkişaf etmiş ölkələrdə çoxdandır ki, bu təmir metodunu qadağan edən çoxsaylı qanunlar qəbul edilib və bu ölkələr qara suvaqdan çoxdan imtina ediblər. Azərbaycan xalqı da hər şeyin ən gözəlinə layiqdir. Hər zaman ölkə vətəndaşlarına faydalı olmağın yollarını arayan “Mətanət A” şirkəti də insanlarımızım sağlam bir evdə və məkanda yaşamaları üçün "AĞDAĞ" Müasir gips Zavodunu quraraq "AĞDAĞ" məhsulunu yaradıb. Gips əsaslı “Ağdağ” məhsulları müxtəlif faydalı qatqılarla zəngin, istilik və səs izolyasiyasını gücləndirən universal qarışıqdır. Bu məhsullarla suvanın binanın yükü ciddi şəkildə azaldır. Məsələn, 20 mərtəbəli bina birbaşa olaraq "AĞDAĞ" ilə suvandıqda, binanın ağırlığı 1000 ton azalır.

Amma "AĞDAĞ" ın əsas üstünlüyü insanların sağlamlığının qayğısına qalmasıdır. "AĞDAĞ" da sağlamlığın əsas sirri bu məhsullarla təmir olunmuş divarların nəfəs ala bilməsi və otaqda rütubət normasının düzgün qorunmasındadır. Qara suvaq ilə divarlar suvandıqda divarlar nəfəs ala bilmir və otaq "boğulur", nəticədə otaqda rütubət balansı pozulur və normal yaşayış üçün lazım olan atmosfer mövcud olmur. Xüsusi metodla emal edilmiş təbii gips əsaslı "AĞDAĞ"la divarlar və tavan birbaşa suvandıqda isə otaqlar nəfəs alır və otaqlarda nəmin normal səviyyəsi qorunur. Təbii gips əsaslı "AĞDAĞ" ın möcüzəliliyi ondadır ki, birbaşa "AĞDAĞ" ilə suvanmış otaqlarda əgər otağın nəmi normadan aşağı düşərsə, onda o, lazım olan nəm normasını otağa geri qaytarır, otaqda nəm artdıqda isə artıq nəmliyi özünə çəkir, xarici mühitə geri qaytarır. Bununla da otaqdakı nəm norması təbii olaraq tənzimlənir. Odur ki, sağlamlığının qayğısına qalan insanlar “Ağdağ”ı seçir. Siz də ailənizin sağlamlığı üçün “Ağdağ”I seçin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256