SƏNAYE

Güzəştli şərtlərlə KREDİT necə almaq olar?
08 AVQUST
466

Güzəştli şərtlərlə KREDİT necə almaq olar?

2018-08-08 12:45:00

1.Kənd Təsəsrrüfatı Nazirliyi yanında Kənd Təsəsrrüfatı Layihələri və Kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin kredit resursları ayırdığı müvəkkil banklara müraciət etməklə:
“Azərbaycan Beynəlxalq Bankı” ASC
"Kapital bank" ASC
“Paşa Bank” ASC  
“Turanbank” ASC
“Rabitəbank” ASC
“Aqrarkredit” QSC Bank olmayan kredit təşkilatı
“Finoko” ASC Bank olmayan kredit təşkilatı
“Finans İnvest” Bank olmayan kredit təşkilatı
2.Kredit vəsaitlərinin verilmə həddi:
1000 manatadək - mikrokreditlər;
1000 manatdan 20000 manatadək - kiçikhəcmli kreditlər;
20000 manatdan 50000 manatadək - ortahəcmli kreditlər;
50000 manatdan 200000 manatadək - böyükhəcmli kreditlər;
3.Kredit vəsaitlərinin istifadə müddəti:
mikrokreditlər - 2 ilədək;
kiçik və ortahəcmli kreditlər - 3 ilədək;
böyükhəcmli kreditlər - 5 ilədək;
4.Kredit vəsaitlərinin güzəşt müddəti:
mikrokreditlər - 12 ayadək;
kiçik və ortahəcmli kreditlər - 18 ayadək;
böyükhəcmli kreditlər - 24 ayadək;
güzəşt müddətində borcalanlar yalnız kredit faizlərini ödəyirlər;
5.Verilən kredit vəsaitlərinə tətbiq edilən faiz dərəcələri:
1.Dövlət Xidməti cəlb etdiyi vəsaitləri illik 2 faiz tətbiq etməklə müəyyən edilmiş qaydada müvəkkil kredit təşkilatlarına verir;
2.Müvəkkil kredit təşkilatlan Dövlət Xidmətinin kredit vəsaitlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır.

“Aqrobiznes”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256