SƏNAYE

Balaxanı Sənaye Parkına tur təşkil edilib - FOTOLAR
26 İYUL
153

Balaxanı Sənaye Parkına tur təşkil edilib - FOTOLAR

2018-07-26 12:41:00

İyulun 9-da ADA universitetində  “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi “ADA – Avropa Birliyi 2018” adlı 3-cü yay məktəbi fəaliyyətə başlayıb.

Məktəbin 3-cü həftəsində iştirakçılar  ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı ilə də tanış olublar. Şagirdlərə təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlar üçün əlverişli şəraitin yaradıldığı Balaxanı Sənaye Parkında  işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə fəaliyyət göstərən rezidentlər barədə məlumat verilib.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259