SƏNAYE

Gədəbəy rayonunda mal-qaranın baş sayı 293 mini ötüb
26 İYUL
82

Gədəbəy rayonunda mal-qaranın baş sayı 293 mini ötüb

2018-07-26 09:53:00

Gədəbəy rayonunda cins mal-qaranın baş sayının artırılması üçün bu ilin birinci yarısında süni mayalama işləri davam etdirilib. Rayon icra hakimiyyətindən bildirilib ki, görülmüş işlər nəticəsində bu ilin 6 ayında inəklərdən 40 baş sağlam buzov əldə edilib. Doğulmuş 35 buzova görə 3 min 500 manat subsidiya verilib. Eləcə də 5 buzov üçün 500 manatın verilməsi nəzərdə tutulub. Bu ilin birinci yarısında rayon üzrə ət istehsalı (diri çəkidə) 38 min 250 sentner, süd istehsalı 265 min 250 sentner olub. Rayon üzrə iribuynuzlu mal-qaranın sayı 48 min 911 başa, qoyun və keçilərin sayı isə 244 min 354 başa çatıb.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259