SƏNAYE

Azərbaycanın Türkiyəyə təbii qaz ixracı artıb
25 İYUL
164

Azərbaycanın Türkiyəyə təbii qaz ixracı artıb

2018-07-25 13:49:00

Cari ilin may ayında Türkiyə Azərbaycandan 601 milyon kubmetr təbii qaz idxal edib. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Mayda Azərbaycan Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan sonra ikinci olub.

Bu ilin yanvarında Türkiyə Azərbaycandan 594,15 milyon kubmetr, fevral ayında 536,61 milyon kubmetr, martda 591 milyon kubmetr, aprel ayında 292,04 milyon kubmetr təbii qaz idxal edib. Beləliklə ilin ilk 5 ayında Azərbaycandan Türkiyəyə 2 milyard 614 milyon kubmetr qaz göndərilib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir. 2006-cı ilin sonlarında istismara verilən bu boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Bu ilin yanvar-mart aylarında CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 23,1 milyon kubmetr qaz olub. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. İndiyədək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə 53 milyard kubmetrdən çox qaz verilib.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzŞD” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256