SƏNAYE

Göyçayda yay şumunun çıxarılmasına 25-dək traktor cəlb edilib
24 İYUL
82

Göyçayda yay şumunun çıxarılmasına 25-dək traktor cəlb edilib

2018-07-24 15:00:00

Göyçayda payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumu çıxarılır. Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, gələcək yüksək məhsuldarlıqda yay şumunun əhəmiyyətini xüsusi qiymətləndirən fermerlər və fiziki şəxslər hazırda bu işin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər. Hər gün sahələrə 25-dək şum traktoru çıxarılır. Artıq 455 hektar sahədə şum qaldırılıb. Rayonun əksər ərazilərində, xüsusilə daha çox payızlıq əkin aparılacaq Qaraməryəm, Ləkçıplaq, Mırtı, Molla Şıxlı və bir sıra digər ərazi vahidlərində iş daha mütəşəkkil təşkil olunub.

Qeyd edək ki, qarşıdakı payızda rayonda 15 min hektardan çox sahədə əkin aparılacağı gözlənilir.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253