SƏNAYE

“Aqrobaz" aqroparkı üçün yeni TEXNİKALAR alınıb - FOTO
24 İYUL
95

“Aqrobaz" aqroparkı üçün yeni TEXNİKALAR alınıb - FOTO

2018-07-24 10:18:00

Zərdab rayonunda “Aqrobaz” MMC tərəfindən yaradılan aqroparkın texniki təminatı möhkəmləndirilir. Rayon icra hakimiyyətindən bildirilib ki, aqroparka 86 adda müxtəlif texnika, o cümlədən 13 ədəd traktor, 7 ədəd səpin aqreqatı və sair alınıb.

Qeyd edək ki, aqroparkın 3000 hektar əkinə yararlı torpaq sahəsi vardır. Tam formalaşdırılması və normal fəaliyyəti istiqamətində işlər davam etdirilir. Təkcə cari mövsüm üçün 250 hektarda arpa, 1500 hektarda yonca, 60 hektarda pambıq, 165 hektarda qarğıdalı əkilib. Burada, habelə 30 hektar sahədə tut tingi yetişdirilir.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253