SƏNAYE

Süni mayalanmadan istifadə edin, 100 manat subsidiya alın!
23 İYUL
114

Süni mayalanmadan istifadə edin, 100 manat subsidiya alın!

2018-07-23 12:27:00

Ölkədə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya verilir.     Bu  barədə prezidentin sərəncamı, Nazirlər Kabinetinin isə təsdiq etdiyi qaydalar var. “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na görə, 
• heyvanların süni mayalandırılması yalnız mütəxəssislər – baytarlar  və ya zootexniklər tərəfindən aparılmalı;
• Respublika Süni Mayalama Mərkəzində istehsal olunmuş, habelə hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal edilən heyvan toxumundan istifadə edilməli; 
• Heyvan toxumları zona baytarlıq laboratoriyaları vasitəsilə, idxal olunmuş  heyvan toxumları isə idxalçılardan birbaşa əldə edilə bilər;
• Süni mayalandırmaya görə xidmət haqqı mütəxəssis və heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir; 
• Süni yolla mayalandırılmış heyvanda döllənmə baş tutmadıqda, təkrar aparılmış süni mayalandırmaya görə heyvan sahibi tərəfindən  mütəxəssisə yalnız heyvan toxumunun dəyəri ödənilir;
• Heyvan toxumunun satış  qiyməti Süni Mayalama Mərkəzinin və Nazirliyin rayon (şəhər) idarəsinin internet informasiya resurslarında yerləşdirilməlidir;
• Heyvan süni mayalandırıldıqdan sonra dərhal, buzov isə doğulduqdan 10 gün sonra, lakin 15 (on beş) gündən gec olmayaraq mütəxəssis tərəfindən birka vasitəsilə identikləşdirilir və uçota alınır;
• Birkalar Mərkəzin təsərrüfat fəaliyyətindən əldə olunan gəlirləri hesabına  satın alınır və  laboratoriyalar vasitəsilə mütəxəssislərə satılır;
• İdentikləşdirməyə görə xidmət haqqı mütəxəssis və heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir;
• Heyvan sahibi buzov doğulduğu gün onun sağlamlıq vəziyyəti  barədə mütəxəssisi telefon, elektron poçt və digər vasitələrlə məlumatlandırmalıdır;
• Mütəxəssis heyvan sahibi tərəfindən verilən məlumatları jurnalda qeyd edir;
• Süni yolla mayalandırılmış heyvan əkiz və ya üçəm doğduqda, hər bir buzov ayrı-ayrılıqda uçota alınır, birkalanır;
• Dövlət büdcəsinin vəsaiti hesabına yalnız hər bir sağlam buzova görə subsidiya ödənilir;
• Respublika komissiyası rayon (şəhər) komissiyalarından daxil olan icmal siyahılara 5 (beş) gün müddətində baxır və subsidiyanın verilməsi barədə qərar qəbul edir;
• Süni mayalandırma yolu ilə alınmış buzovlara görə subsidiyanın verilməsi barədə Respublika komissiyasının qərarı qəbul edildiyi tarixdən 3 iş günü müddətində Maliyyə Nazirliyinə göndərilir və bu barədə rayon (şəhər)  komissiyaları məlumatlandırılır;
• Maliyyə Nazirliyi müvəkkil bank vasitəsilə heyvan sahiblərinə ödəniləcək vəsaitin onların hesablarına köçürülməsini təmin edir;
• Bank hesablarının açılması, plastik kartların hazırlanması və digər tədbirlər heyvan sahibinin vəsaiti hesabına həyata keçirilir.

“Aqrobiznes”

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255