SƏNAYE

Neftçalada 60 hektar SARIMSAQ əkilib - MƏHSULDARLIQ necə olacaq?
19 İYUL
177

Neftçalada 60 hektar SARIMSAQ əkilib - MƏHSULDARLIQ necə olacaq?

2018-07-19 13:52:00

Neftçalada bu mövsüm 168.2 hektar sahədə tərəvəz əkilib ki, bunun da 60.3 hektarın sarımsaq bitkisi təşkil edib. Təsərrüfatın bu sahəsi gəlirli olduğu üçün rayonda fəaliyyət göstərən fermerlər bu bitkinin əkininə daha çox maraq göstərirlər.

Rayon statistika idarəsindən bildiriblər ki, məhsul yığımına vaxtında başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə sarımsaq sahələrindən 206.2 ton məhsul götürüblər. Əkin sahələrinin hər hektarının məhsuldarlığı 34.2 sentner olub.

Rayonun Qırmızıkənd kəndinin sakini fermer Tapdıq Qasımov uzun illərdir bu bitkinin əkini ilə məşğul olur və hər il də yaxşı mənfəət götürür. Məhsul istehsalçısı bu il becərdiyi sarımsaq sahəsinin hər hektarından 50 sentner məhsul götürərək 25 ton sarımsaq istehsal edib. Torpaq sahibinin dediyinə görə istehsal etdiyi məhsulu ötən illərdə olduğu kimi bu il də yerli bazarlara çıxaracaq.

Qeyd edək ki, T.Qasımov növbəti ildə əkin sahəsini 6 hektara çatdırmaq fikrindədir.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255