SƏNAYE

"Qazprom" Tacikistanın neft-qaz hasilatı ilə bağlı ümidini doğrultmayıb
19 İYUL
156

"Qazprom" Tacikistanın neft-qaz hasilatı ilə bağlı ümidini doğrultmayıb

2018-07-19 12:04:00

Rusiyanın təbii qaz inhisarçısı "Qazprom" şirkəti Tacikistanda neft və qaz kəşfiyyatı işlərini dayandırır. Bu barədə Tacikistan hökuməti yanında Baş Geologiya İdarəsinin rəisin müavini Rəhmonbəy Bəxtdövlətov bildirib. 

Onun sözlərinə görə, mövcud avadanlıq və texnologiyalar ölkədəki neft və qaz ehtiyatlarını hasil etməyə imkan vermir: "Biz bu məsələdə "Qazprom"a ümid bağlamışdıq. Hesab edirdik ki, onlar öz gücləri ilə nə isə edə biləcəklər. Bir quyu qazıb yataq barədə məlumat almaq mümkün deyil. Onlar isə bir quyu qazıb deyirlər ki, Tacikistanda neft və qaz yoxdur. Bir yox, iki-üç quyu qazmaq lazım idi", - R.Bəxtdövlətov bildirib. (Report.az)

Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi: “Bu toyuqları alıb yeməyin!” - XƏBƏRDARLIQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256