SƏNAYE

ADAU Beynəlxalq Yay Məktəbi işini davam etdirir
18 İYUL
73

ADAU Beynəlxalq Yay Məktəbi işini davam etdirir

2018-07-18 09:40:00

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Davamlı İnkişaf Hədəfləri” 1-ci Beynəlxalq Yay Məktəbi işini davam etdirir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu gün iştirakçılara “Bitki mühafizəsi və ərzaq təhlükəsizliyi” mövzusunda mühazirə söyləyib. Rektor qeyd edib ki, 2030-cu ilə qədər Davamlı İnkişaf Gündəliyinin əsas hədəflərindən biri aclığın aradan qaldırılması, ərzaq təhlükəsizliyinə və normal qidalanmaya nail olunması, davamlı kənd təsərrüfatının təşviq edilməsidir. O bildirib ki, xəstəlik və zərərvericilər bitkilərin 30-32 faizinin, saxlanma prosesində isə məhsulun 10-12 faizinin yararsız hala düşməsinə səbəb olur. 

Mühazirədə kartofda fitaftoroz və xərçəng, üzümdə mildium xəstələyi, buğdanın xəstəlik törədiciləri, bütövlükdə xəstəlik və zərərvericilərin ərzaq təhlükəsizliyinə təsiri, bitki mühafizəsində müasir idarəetmə metodları barədə geniş məlumatlar verilib. Mühazirənin interaktivlik dərəcəsi yüksək olub, tələbələrin suallarına ətraflı cavab verilib. Mühazirənin sonra tələbələr aqronomluq fakültəsinin laboratoriyaları, bitki klinikası ilə tanış olublar.

Qeyd edək ki, ADAU-da keçirilən 1-ci Beynəlxalq Yay Məktəbində Azərbaycan, Belarus, Çexiya, Çin, Gürcüstan, İran, Özbəkistan, Polşa, Qazaxıstan, Rusiya, Türkiyədən 34 tələbə iştirak edir.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254