SƏNAYE

Balaxanı Sənaye Parkında 9 istehsal sahəsi yaradılacaq
17 İYUL
150

Balaxanı Sənaye Parkında 9 istehsal sahəsi yaradılacaq

2018-07-17 16:41:00

Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılan Balaxanı Sənaye Parkının hazırda 14 rezidenti var. İqtisadiyyat Nazirliyindən Fins.az-a bildirilib ki, həmin rezidentlərdən 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə, 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb. İkinci mərhələdə daha 9 istehsal sahəsinin tikintisinə başlanacaq.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251