SƏNAYE

Yeni “neft şoku” qaçılmaz olacaq
17 İYUL
1826

Yeni “neft şoku” qaçılmaz olacaq

2018-07-17 16:12:00

Noyabrda ABŞ-da keçiriləcək mid-term seçkilər öncəsi Tramp administrasiyası anbarlarında olan nefti mərhələli şəkildə bazara çıxararaq “qara qızılın” qiymətinə təsir etməyə çalışır.

Bunu iqtisadçı Vüqar Bayramov bildirib.  V.Bayramov “Bloomberg” agentliyinin məlumatlarına istinad edərək deyib ki, test olaraq 5 milyon barelin, daha sonra 30 milyon barelin bazara çıxarılması müzakirə olunur:

“Hələlik konkret qərar qəbul edilməsə də, hətta daha böyük həcmdə satışların olması istisna deyil. Dünya bazarında Texas markalı neftin bir bareli 68 dollara, Brent markalı neft isə 72 dollaradək ucuzlaşıb. ABŞ anbarların qapağını açacağı halda isə neft bazarında daha ciddi azalmalar proqnozlaşdırılır”.

Ekspert bildirib ki, Ağ Evdəki müzakirələr reallaşacağı təqdirdə yeni “neft şoku”nun yaşanması qaçılmaz olacaq. (Modern.az)

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260