SƏNAYE

"Sosial bağlar" üçün seçilən ailələrə 1,2 milyon manat veriləcək
16 İYUL
142

"Sosial bağlar" üçün seçilən ailələrə 1,2 milyon manat veriləcək

2018-07-16 16:42:00

"Sosial bağlar" layihəsi üçün seçilən ailələrə 1,2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur". Bunu jurnalistlərə açıqlamasında Əmək və Ə­halinin Sosial Müdafi­əsi Nazirliyi Aparatı­nın rəhbəri Anar Əliy­ev deyib. O bildirib ki, bu vəsaitlə layihə çərçivəsində seçilən 125 ailə üçün müvafiq aktivlər və avadanlıqlar alınacaq: "Bununla iş bilməyəcək. Mütəmadi olaraq ailələrə məsləhət xidmətləri göstəriləcək. Bağlara aqrotexniki qulluq ilə əlaqədar bütün tədbirlər görüləcək. İstehsal olunacaq məhsulların marketinqi, satışı, logistikası ilə bağlı da kompleks tədbirlər görüləcək". Aparat rəhbərinin sözlərinə görə, sosial bağlar əsasən regionlarda salınacaq.

Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosi­al Müdafiəsi Nazirliy­i və Heydər Əliyev Fo­ndunun "Regional İnki­şaf" İctimai Birliyi ­arasında özünüməşğull­uq proqramının icrası­ sahəsində əməkdaşlığ­a dair Memorandum imz­alanıb. Memora­ndum çərçivəsində reg­ionlarda 125 ailə üçü­n intensiv meyvə bağl­arının, tərəvəz və bo­stançılıq təsərrüfatl­arının yaradılması nə­zərdə tutulur. Həmin ­ailələr üçün qeyd olu­nan təsərrüfatlar yar­adılmaqla yanaşı, "Re­gional İnkişaf" İB tə­rəfindən onlara aqrot­exnik qulluq, təlimlə­ndirmə logistika və h­azır məhsulun marketi­nqinin təşkilində, ai­lələrin bu təsərrüfat­lardan əldə edəcəklər­i gəlirlərin istehsal­ın inkişafına yönəltm­ələri üzrə onlara tək­liflərin verilməsində­ və digər istiqamətlə­rdə dəstək göstəriləc­ək. / Report

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253