SƏNAYE

Onların Azərbaycana gəlməyinə İMKAN VERMƏDİLƏR
16 İYUL
148

Onların Azərbaycana gəlməyinə İMKAN VERMƏDİLƏR

2018-07-16 13:34:00

Gürcüstandan Azərbaycana İtaliya çəyirtkəsinin kütləvi miqrasiyasının qarşısı alınıb. Şəkinin Acınohur, İncə və Səbətli kəndlərinin ərazisində İtaliya çəyirtkəsinə (Calliptamus italicus) qarşı fitosanitar monitorinq həyata keçirilib və kütləvi sirayətlənmə aşkar olunmuş 417 ha əkin sahəsində kimyəvi mübarizə tədbirlərləri aparılıb.
Çəyirtkələrin Gürcüstanın İori yaylasından Qax və Zaqatala rayonlarının arasındakı Qanıx və Alazan çayları vasitəsi ilə miqrasiya etdiyi müəyyən olunub.
İtaliya çəyirtkəsinin miqrasiyası axırıncı dəfə 2012-2014-cu illərdə baş verib. Çəyirtkələr kütləvi çoxalan illərdə kənd təsərrüfatı bitkilərinə böyük ziyan verir. Yovşan və yabanı dənli bitkilər olan çöllər, yovşanlı yarımsəhra yerlər və boş sahələr bu zərərvericilərin yaşayış yerləridir. Çöllərdə, qumlu və gilli torpaqlarda yumurta qoyurlar. Çünki belə torpaqları günəş yaxşı qızdırır.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255