SƏNAYE

Azərbaycanlı sahibkara aid məhsul RUSİYAYA BURAXILMADI
15 İYUL
241

Azərbaycanlı sahibkara aid məhsul RUSİYAYA BURAXILMADI

2018-07-15 18:55:00

Azərbaycandan Rusiyaya palma, qızıl gül və digər dekorativ bitkilər aparan iki yük maşının Rusiya ərazisinə daxil olmasına icazə verilməyib. "Mahaçqala xəbərləri" qəzeti yazır ki, azərbaycanlı sahibkara məxsus yüklərin fitosanitar sənədləri olmayıb. Buna görə də 150 palma, 100 qızıl gül və 389 digər dekorativ bitki Rusiya bazarına buraxılmayıb. Bitki karantini barədə qanunvericiliyi pozduğu üçün azərbaycanlı sahibkar inzibati məsuliyyətə cəlb olunub.(APA)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260