SƏNAYE

İnam Kərimovun müşaviri institutlarda TƏKLİFLƏRİ dinlədi
11 İYUL
247

İnam Kərimovun müşaviri institutlarda TƏKLİFLƏRİ dinlədi

2018-07-11 09:55:00

“Aqrar sahədə uğurlar qazanmaq ücün bütün elmi potensial səfərbər edilməlidir”.  Kənd təsərrüfatı nazirinin İnnovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova Üzümçülük və Şərabçılıq İnstitutunda və Əkinçilik Elmi-Tədqiqat İnstitutunda işçi heyəti ilə geniş tərkibdə görüş keçirib. Görüşdə tədqiqat müəssisələrinin mövcud potensialı, sahə üzrə gələcək çağırış və trendlərin izlənilməsinin vacibliyi, innovasiyaların tətbiqinin əhəmiyyəti müzakirə olunub.
Şəbnəm Məmmədova bildirib ki, İnstitutların texniki-iqtisadi potensialı müəyyənləşdirilməli, yeni təkliflər verilməlidir. O çevik infrastrukturun qurulmasının vacibliyini vurğulayıb, aqrar sahədə uğurlar qazanmaq ücün bütün potensialın səfərbər olunmasına diqqət çəkib. Əkincilik Elmi-Tədqiqat İnstitutunda elmi potensialın mövcudluğunu qeyd edən müşavir elmi işçilərin təkliflərini dinləyib.

Eləcə də bax: Azərbaycanda bu məhsulu əkənlər günbəgün artır - SƏBƏB?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258