SƏNAYE

Bakıda daha bir böyük AQROPARK tikilir, ZEYTUN, BADAM bağları salınır
10 İYUL
920

Bakıda daha bir böyük AQROPARK tikilir, ZEYTUN, BADAM bağları salınır

2018-07-10 10:52:00

Abşeron rayonu ərazisində yerləşən “Grand-Aqro” MMC tərəfindən bir sıra işlər görülüb. Belə ki, 8 km-dən su xətti çəkilib, 70 min kubmetrlik su hovuzu tikilib. Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov Fins.az-a bildirib ki, torpaqlara müdaxilə hallarının aradan qaldırılması məqsədilə 104 hektarda metal torla hasarlama başa çatıb, 260 hektarda isə, bu işə başlanılıb, hazırda davam etdirilir.

Ərazidə müasir suvarma sistemlərinin yaradılması məqsədilə 210 ha sahədə damcılama üsulu ilə suvarma sistemi qurulub. İki yerdə təzyiqli su nasosları quraşdırılıb.

Texnikanın alınması və tikinti işlərinin aparılması istiqamətində də bir sıra mühüm işlər görülüb. Artıq 30 ədəd texnika alınıb, 3 ədəd texnika alınması üçün “Aqrolizinq” ASC-yə müraciət edilib. Bununla yanaşı, nasosxana tikilib və su nasosları quraşdırılıb. Gələcəkdə zeytun emalı zavodunun tikintisi nəzərdə tutulub.

2017-ci ildə 1200 ha zeytun bağı, 80 ha badam bağı salınıb. Cari il ərzində 230 ha badam bağının salınması planlaşdırılıb, lakin artıq onun 210 hektarı əkilib.

Hazırda ərazidə 50 nəfər işçi çalışır. Yaxın zamanlarda bu rəqəmin 200 nəfərə qədər qaldırılması nəzərdə tutulub.

Eləcə də bax: Azərbaycanda bu məhsulu əkənlər günbəgün artır - SƏBƏB?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256