SƏNAYE

Mal-qaranın cins tərkibi yaxşılaşır, heyvandarlıq məhsulları istehsalı artır
09 İYUL
189

Mal-qaranın cins tərkibi yaxşılaşır, heyvandarlıq məhsulları istehsalı artır

2018-07-09 16:41:00

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşır, sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.

Rayon statistika idarəsindən bildiriblər ki, 2018-ci ilin birinci yarısında rayonda mal-qaranın baş sayı 40 min 536 olmaqla 1,0 faiz artıb. Altı ay ərzində təsərrüfatlarda 2181,7 ton ət, 18 min 334,7 ton süd, 165,5 ton yun, 6928 min ədəd yumurta istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3,8 faiz, süd istehsalı 5,4 faiz, yun istehsalı 5,3 faiz çoxalıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan südlük və ətlik istiqamətli cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə təkcə 2018-ci ilin altı ayında 1251 baş inək və düyə süni yolla mayalandırılıb, 736 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şarole” və “Şvis” cinslərindən olan buğaların toxumları istifadə edilir.

Eləcə də bax: Azərbaycanda hansı egzotik meyvələr satılır? – QİYMƏTLƏRİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251