SƏNAYE

Şamaxıda bu mövsümdə nə qədər kartof yığılacaq?
05 İYUL
175

Şamaxıda bu mövsümdə nə qədər kartof yığılacaq?

2018-07-05 12:30:00

Şamaxı rayonunda kartof yığımına başlanılıb və az vaxtda 364 ton məhsul istehsal olunub. Rayon statistika idarəsindən bildirilib ki, bu il bölgədə 353,5 hektarda yazlıq kartof yetişdirilib. Əkin sahəsi ötən ildəkindən 86 hektar çoxdur.

Hazırda rayonun cənub ərazilərində, o cümlədən Quşçu, Göylər, Hacıqədirli və bir sıra digər ərazi vahidlərində torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına yetişdirdikləri və ailə büdcəsinə yaxşı gəlir gətirən məhsulun yığımını həyata keçirirlər. Az vaxtda 364 ton kartof yığılıb.

Qeyd edək ki, yerli sakinlər kartofçuluqla daha çox bölgənin şimal ərazilərində, xüsusilə Qızmeydanda, Nağaraxanada, Məlhəmdə, Çuxuryurdda, Hacılıda məşğuldurlar. İyulun ikinci yarısından həmin ərazilərdə də kütləvi yığıma başlanılacaq. Mütəxəssislər cari mövsümdə rayonda azı 2500 ton kartof istehsal ediləcəyi qənaətindədirlər. 

Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258