SƏNAYE

Bu sektorlarda istehsalın həcmi artıb
05 İYUL
75

Bu sektorlarda istehsalın həcmi artıb

2018-07-05 12:03:00

Beş ayda Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə azalıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, yanvar-may aylarında paytaxtdakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 16,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 100 faiz sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda beş ay ərzində 268,2 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artım müşahidə edilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 90 milyon manat olub.

Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267