SƏNAYE

Tərtərli taxılçılar bu günədək 7501 hektar sahədə biçin aparıblar
05 İYUL
112

Tərtərli taxılçılar bu günədək 7501 hektar sahədə biçin aparıblar

2018-07-05 12:01:00

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxıl biçininin mütəşəkkil və optimal müddətdə başa çatması üçün bütün qüvvələr səfərbər edilib.

Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, bu günədək 3417,8 hektar sahədə arpa, 4083,2 hektar sahədə buğda biçilib, 26 min 067,4 ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq arpa sahələrində 33,6 sentner, buğda sahələrində isə 35,7 sentnerdir. Hazırda rayonda taxıl biçini sürətlə davam edir.

Qeyd edək ki, 2018-ci ilin məhsulu üçün Tərtərdə 11 min 556,3 hektar sahədə taxıl becərilib. Onun 7545,6 hektarı buğda, 4010,7 hektarı arpa zəmiləridir.

Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253