SƏNAYE

Kəmaləddin Heydərov Mingəçevirdə qəza yerində olub - FOTOLAR
04 İYUL
1255

Kəmaləddin Heydərov Mingəçevirdə qəza yerində olub - FOTOLAR

2018-07-04 17:43:00

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin cərəyan transformatorunda baş vermiş qəza ilə bağlı Mingəçevir şəhərində olub.

Nazirlikdən verilən məlumata görə, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iyulun 3-ü və 4-də Mingəçevir şəhərində səfərdə olub. K.Heydərov Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olub, aparılan təmir-bərpa işlərini yaxından izləyib. Problemin qısa zamanda tam həll olunmasının vacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində olduğunu xüsusilə vurğulayıb. K.Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyatı qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib.

İyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş vermiş qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində elektrik enerjisi ilə təminat əsasən bərpa olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258