SƏNAYE

Azərbaycanın regionlarına suyun verilməsi bərpa olunub
04 İYUL
196

Azərbaycanın regionlarına suyun verilməsi bərpa olunub

2018-07-04 17:06:00

Azərbaycanın regionlarına suyun verilməsi bərpa olunub. Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, hazırda su anbarları və sutəmizləyici qurğular tam gücü ilə çalışır. Bir sıra rayonlarda olan su problemi aradan qaldırılıb. Bakı şəhərində isə Sabunçu, Suraxanı, Badamdar və Hövsan ərazilərində suyun verilməsi ilə bağlı çətinliklər mövcuddur. Yasamal, Binəqədi, Nəsimi, Səbail, Nərimanov, Xəzər, Xətai, Sabunçu, Abşeron rayonlarının isə bir hissəsi su ilə təmin olunub. Axşam saatlarınadək yaranmış problemlər aradan qaldırılacaq.

Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256