SƏNAYE

Onlar daha ziyan vura bilməyəcək - FOTOLAR
04 İYUL 2018
315

Onlar daha ziyan vura bilməyəcək - FOTOLAR

2018-07-04 11:32:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonu ərazisində 300 hektar meşə təsərrüfatı sahəsində fitosanitar monitorinqlər həyata keçirilib.

Monitorinq nəticəsində Lənkəran ərazisində meşə fondu və bələdiyyə ərazilərində, eləcə də Cil kəndi (4 ha), Şıxakəran kəndi (2 ha), Osaküçə kəndi (28 ha) və Şovu kəndi (8 ha) ərazilərində mövcüd olan nil, vələs və Hirkan şumşad ağaclarında şumşad odlucasının ikinci nəslinin 1-2 yaş dövrü tırtılları müəyyən edilib.

Lənkəran rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyyələr əsasında fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən Cil kəndində 4 ha sahədə Asetisuper kimyəvi preparatından istifadə etməklə kimyəvi mübarizə işlərinə başlanılıb. Mübarizə tədbirləri “Mitsubishi” markalı avtomobilə quraşdırılmış İtaliya istehsalı olan “Skaut” tipli müasir və yüksək manevr qabiliyyəti olan çiləyici aqreqatlar vasitəsi ilə həyata keçirilir.

Tədbirlərin əsas məqsədi adıçəkilən zərərvericilərin respublika ərazisində yayılmasının, eləcə də kənd təsərrüfatına və ətraf mühitə dəyən ziyanın qarşısını almaqdan ibarətdir. 

Şümşad odlucası şəhər yaşıllıqlarına və təbii meşə massivlərinə ciddi zərər vurur. Zərərvericinin il ərzində 2-4 nəsil verməsi meşə sahələrində qidalandıqları bitkilərin qısa müddətdə tam defolyasiyasına və qurumasına səbəb olur. Zərərvericinin qanadları girdə formada və buğumlardan ibarətdir. Onların rəngi açıq mavi rəngdə olur. Şümşad odlucasının əsasən tırtılları ziyan vurur. Tırtıllar bir neçə saat ərzində böyük sahələrə ziyan vurmağa qadirdirlər.

Şümşad odlucasına qarşı müşahidələrə erkən yaz aylarında başlanılmalıdır. İlk sirayətlənmə müəyyən olunan kimi isə mübarizə tədbirlərinə start verilməlidir. Birinci nəsli aprel ayının 15-dən başlayır, noyabr ayına kimi nəslin yaşaması davam edir. Zərərvericiyə qarşı kimyəvi mübarizə zamanı Desis, D-58, Fastaq, B-58 və s. kimyəvi preparatlardan istifadə olunmalıdır.  

 Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır