SƏNAYE

Qubada alma yığımına başlanılıb - FOTOLAR
04 İYUL
118

Qubada alma yığımına başlanılıb - FOTOLAR

2018-07-04 11:29:00

Qubalı bağbanlar tezyetişən alma sortlarından məhsul yığımına başlayıblar. Hələlik yalnız “Papirovka” sortu alma yığılır. Bu sort almanın yığımı iyulun 15-nə qədər yekunlaşacaq. Təsərrüfatçılar ilk məhsulun yalnız yerli bazarda satıldığını bildirilər. Çünki “Popirovka” dərildikdən sonra öz keyfiyyətini uzun müddət qoruya bilmir.

Bağbanlar avqust ayından etibarən alma bağlarında “Slava pobeditelyam”, “Qrandşteyn”, “Anis” və digər tezyetişən alma sortlarını yığacaqlar. Bu sortların məhsulunun toplanması avqust ayının sonunadək başa çatdırılacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Mədət Qurbanov bildirib ki, şimal bölgəsində “Slava pobeditelyam” adlı tezyetişən alma növü daha çox yayılıb. Bağbanlar təxminən 100 hektara yaxın bağda həmin alma sortunu yetişdirirlər. Amma bu, ümumi alma bağlarının çox cüzi hissəsini təşkil edir. Quba-Xaçmaz zonası üzrə, ümumilikdə, 22 min hektar meyvə bağları mövcuddur ki, bunun 13 min 472 hektarı Quba rayonunun payına düşür.

Qubanın bağlarında kütləvi alma yığımına isə sentyabrın 15-dən sonra başlanılacaq. (AzərTAC)

Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255