SƏNAYE

Bu rəqəmlər DƏYİŞƏCƏK
02 İYUL
147

Bu rəqəmlər DƏYİŞƏCƏK

2018-07-02 16:45:00

1 iyul 2018- ci il tarixinə olan məlumata əsasən, respublikanın 38 rayonundan “Azəripək” MMC tərəfindən 513.5 ton yaş barama qəbul edilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən məlumata görə, həmçinin ölkə üzrə 584.5 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 300.1 min hektarı buğda, 284.4 min hektarı arpa sahələridir.

Hazırkı məlumatlara əsasən buğdanın orta məhsuldarlığı 31 s/ha, arpanınkı isə 27.8 s/ha təşkil edir. Hazırda rayonlarda barama qəbulu və biçin davam etdiyi üçün mövsümün sonuna qədər bu rəqəmlər dəyişəcək.

Son bir həftə ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 14 mexanizatorun etbarlılıq müddəti bitmiş sürücülük vəsiqəsi yenisi ilə əvəz edilib, 12 mexanizatora yeni sürücülük vəsiqəsi verilib, 29 kənd təsərrüfatı texnikasının qeydiyyatı aparılıb, 29 kənd təsərrüfatı texnikasına texniki baxış keçirilib.

Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273