SƏNAYE

Kürdəmirdə 11 min ton kartof istehsal olunub
02 İYUL
182

Kürdəmirdə 11 min ton kartof istehsal olunub

2018-07-02 14:52:00

Kürdəmirdə yazlıq kartof yığımı kampaniyası yekunlaşıb və əkin sahələrindən 11 min ton kartof götürülüb. Artıq yerli və ətraf rayonların bazarlarına təzə Kürdəmir kartofu çıxarılır.

Rayon icra hakimiyyətindən bildirilib ki, cari mövsümdə bölgədə 910 hektarda yazlıq kartof əkilib və sahələrdən bol məhsul istehsal olunub. Rayonun daha çox kartof əkilən Kürqırağı ərazilərində, o cümlədən Axtaçı, Mehdili, habelə Muradxan, Ərəbqubalı və digər bir sıra ərazi vahidlərində torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına yetişdirdikləri, ilboyu bazarlarda yüksək tələbat olan kartofun yığımını vaxtında və mütəşəkkil surətdə başa çatdırıblar. Bu günlər hər yerdə payızlıq kartof əkininə hazırlıq işləri aparılır.

Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251