SƏNAYE

Xaçmazda biçin kampaniyası on gün ərzində yekunlaşacaq
02 İYUL 2018
267

Xaçmazda biçin kampaniyası on gün ərzində yekunlaşacaq

2018-07-02 12:26:00

Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Xaçmazda biçin kampaniyası sürətlə davam edir. Məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə, rayon üzrə biçin kampaniyası 50-dən çox taxılbiçən kombaynın qüvvəsi ilə aparılır.

Rayonda arpa biçini artıq başa çatdırılıb və buğda biçini davam edir. Ümumilikdə, rayon üzrə 3 min 607 hektar ərazidə buğda, 4 min 971 hektar sahədə isə arpa biçini yekunlaşıb.

Xaçmazlı təsərrüfatçılar taxılın builki məhsuldarlığının qənaətbəxş olduğunu bildirirlər. Fermerlər əsasən yerli iqlim şəraitinə uyğun taxıl sortlarını becərməyə üstünlük verirlər.

Xaçmazda bu ilin məhsulu üçün ümumilikdə 23 min 797 hektar ərazidə taxıl əkilib. Bunun 5 min 892 hektarını arpa, 17 min 905 hektarını isə buğda zəmiləri təşkil edir.

Hava şəraiti əlverişli olarsa, biçinin yaxın 10 gün ərzində başa çatdırılması nəzərdə tutulub. (AzərTAC)

Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır