SƏNAYE

"MA Flex" keramika yapışdırıcısından necə İSTİFADƏ ETMƏLİ?
02 İYUL
249

"MA Flex" keramika yapışdırıcısından necə İSTİFADƏ ETMƏLİ?

2018-07-02 11:19:00
"MA Flex" keramika yapışdırıcısı (boz)

Sement əsaslı, boz rəngli, kimyəvi qatqılarla zəngin yüksək keyfiyyətli və istifadə imkanları geniş, birkomponentli, ani temperatur dəyişilməsinə davamlı yapışdırıcıdır. AZS 039 (TS-11140) standartına uyğundur.

İSTİFADƏ SAHƏLƏRİ

Soyuq hava anbarları və buzxanalar kimi ani temperatur dəyişikliklərinin (donma-ərimə) olduğu yerlərdə, sobaların fasadında, aşağıdan isidilən sistemlərdə, terraslarda və bağçaların tərtibatında, beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə, döşəmə və divar keramikaları, qranit, oda davamlı kərpic, dekorativ kərpic kimi üzlük materiallarının yapışdırılmasında, keramikanın üstündən keramika yapışdırılmasında istifadə olunur.

Qarışığın hazırlanması. 25 kq-lıq quru qarışığı 6,0 - 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın (qarışdırmaq üçün zəif dövriyyəli qarışdırıcıdan istifadə olunması məsləhət görülür). Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.

Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. Temperatur dəyişikliklərinin yüksək olduğu yerlərdə iri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə edin. Səthin üzərinə çəkilmiş qarışığa plitənin yapışdırılma müddətini həmin qarışığın üzərinə barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əks halda səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.

Hazırlanan qarışığı 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür. Aralıq doldurma işi divarda 24 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.

Tövsiyələr. MA Flex istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Su hopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yeni quru qarışıq əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.

TÖVSİYƏ OLUNAN DARAQLI MALANIN DİŞLƏRİNİN ÖLÇÜLƏRİ VƏ ÖLÇÜLƏRƏ UYĞUN YAPIŞDIRICININ YAYILMA QALINLIĞI

Üzlük plitələrin ölçüləri

Daraqlı malanın dişlərinin ölçüləri, mm

Yapışdırıcının yayılma qalınlığı, mm

15 sm×15 sm-ə qədər

6,0

2,0-3,0

30 sm × 30 sm-ə qədər

8,0

3,0-4,0

30 sm× 30 sm-dən yuxarı

10,0

4,0-5,0

ÜZLÜK PLİTƏLƏRİN ÖLÇÜLƏRİNDƏN ASILI OLARAQ TÖVSİYƏ OLUNAN ARALIĞIN ENİ

Üzlük plitələrin ölçüləri

Aralıqların eni, mm

15 sm×15 sm-ə qədər

3,0-4,0

30 sm×30 sm-ə qədər

4,0-5,0

30 sm×30 sm-dən yuxarı

5,0-8,0

TEXNİKİ GÖSTƏRİCİLƏR

Rəngi

boz

İstifadə temperaturu

+50 C ÷ +300 C

Su /quru qarışıq

2,4 – 2,6 litr su/10 kq quru qarışıq
6,0-6,5 litr su/25 kq quru qarışıq

Qarışdırıldıqdan sonra gözləmə müddəti

3-5 dəqiqə

İstifadə müddəti

3 saat

Aralıq doldurma işinə başlama vaxtı:

  • divarda
  • döşəmədə


24 saatdan sonra
48 saatdan sonra

Qablaşdırma

2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət olan 10 və 25 kq-lıq kisələrdə

AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq

Test nəticələri

Qabıq bağlama müddəti

≥10 dəqiqə

20-35 dəqiqə

Sürüşmə

<0,5 mm

0

Qopma müqaviməti

>0,5 N/mm2

>2,8 N/mm2

SƏRFİYYAT

İstifadə zamanı yapışdırıcının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la).

 

MA Flex

(kq)

1 mm qalınlıq üçün quru qarışığın sərfiyyatı (kq/m2)

Qarışdırılacaq suyun miqdarı (litrlə)

25 kq üçün

 

Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)

 

 

 

 

6 mm

8 mm

10 mm

25

1,38

6,5

1,93

2,44

4,06

SAXLAMA MÜDDƏTİ VƏ QAYDASI

Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.

XƏBƏRDARLIQLAR

  • MA Flex yapışdırıcısının sement əsaslı, mürəkkəb tərkibli qarışıq olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
  • istifadə qaydalarında qeyd edilməyən heç bir maddə qatmayın;
  • yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% +5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər. 
  • ZƏMANƏT VƏ TEXNİKİ DƏSTƏK
    • texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
    • “Mətanət A” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
    • şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Mətanət A” şirkəti məsuliyyət daşımır;
    • şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
    • texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Mətanət A” şirkətinə müraciət edin!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258