SƏNAYE

Azərbaycanda "ağıllı" kənd təsərrüfatı metodlarından istifadə edilməsi tövsiyyə edilib
25 İYUN
274

Azərbaycanda "ağıllı" kənd təsərrüfatı metodlarından istifadə edilməsi tövsiyyə edilib

2018-06-25 12:25:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində(İİTKM), Dünya Bankının birgə təşkilatçılığı ilə “Kənd yerlərinin inkişafı və kənd təsərrüfatı” mövzusunda bilik sərgisi keçirilib. Tədbirin açılışını İİTKM-in departament rəhbəri Ramil Hüseyn və Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Nəqvi edib.

Bu gün aparılan müzakirələr zamanı Dünya Bankının mütəxəssislərinin bu istiqamətdə apardığı diaqnostik tədqiqatlar tərəflərə təqdim olunub.Bildirilib ki, Azərbaycanda son illər aparılan sistemli iqtisadi islahatlar nəticəsində aqrar sahədə köklü dəyişikliklər baş verib. Həmçinin ərzaq və qida təhlükəsizliyi, regionlar və kənd yerlərinin inkişafı proqramlarının gələcəkdə də davam etdirilməsinin əhəmiyyətinəzərə çatdırılıb.

İİTKM-in departament rəhbəri Ramil Hüseyn ölkəmizdə kəndlərin inkişafı ilə bağlı görülən işlərdən və dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan danışaraq, həyata keçirilən institutsional islahatlar, aqrar sektorda baş verən köklü dəyişikliklər, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunan mühüm sənədləri bir daha xatırladıb. O əlavə edib ki, son iki ildə Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi və bir sıra sahəvi dövlət proqramları təsdiqlənib:“Xüsusən də Strateji Yol Xəritəsində vurğulanır ki, kənd təsərrüfatı iqtisadi fəaliyyət növü olmaqla bərabər, həm həyat tərzi, həm də xalqımızın uzun illərdən bəri yaşatdığı təsərrüfatçılıq ənənəsidir.” R.Hüseyn bildirib ki, kənd təsərrüfatının birinci dərəcəli funksiyası ərzaq məhsulları və xammal istehsalı olsa da, bu sahənin ekoloji tarazlığının təmin edilməsi, kənd bölgələrində sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və kənd həyat tərzinin qorunması kimi mühüm funksiyaları da vardır. Ölkənin sosial-iqtisadi inkişafının müasir mərhələsində kənd yerlərinin inkişafı siyasətinin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi aktualdır:“ Strateji yol xəritəsi çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası kənd yerlərinin sosial-iqtisadi inkişaf siyasəti üzrə potensialının güclənməsinə, kənd yerlərində alternativ fəaliyyət sahələrinin inkişafına və yerli icmaların kəndin inkişafına dair təşəbbüslərinin dəstəklənməsinə böyük töhfə verəcəkdir. Bu tərbirlərin icrası həm dəyerli özünüidarəetmə orqanlarının və kənd icmalarının kənd yerlərinin inkişafında iştirakının artırılmasına, kənd yerlərində icma səviyyəli gəlir gətirən sektorların təşviqinə, kəndin sosial-ictimai həyatında qadınların və gənclərin fəal iştirakına müsbət təsir göstərəcəkdir.Həmçinin qarşıdakı müddətdə kəndin sosial-iqtisadi inkişafını da özündə ehtiva edən yeni dövlət proqramı hazırlanacaq. Bu baxımdan kəndin sosial-iqtisadi inkişafı üçün innovasiyalardan və texnologiyalardan daha geniş  şəkildə istifadə zərurəti də yaranır.”

Dünya Bankının Azərbaycandakı nümayəndəsi Navid Həsən Naqvi isə əlavə edib ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının vacib hissəsini təşkil edir və əhalinin əhəmiyyətli hissəsini iş yerləri ilə təmin edir: “Dünya Bankı Azərbaycanın kənd təsərrüfatının məhsuldarlığını və rəqabət qabiliyyətini artırmaq üçün bir neçə istiqamətdə işləməyi məqsədəuyğun hesab edir. Bura fermerlərin bazarlarla əlaqələndirilməsi, "ağıllı" kənd təsərrüfatı metodlarından istifadə edilməsi və qida təhlükəsizliyi sisteminin gücləndirilməsi daxildir.Bu və digər istiqamətlərdə islahatlar kənd təsərrüfatının müasirləşdirilməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.”

Sərgi çərçivəsində Dünya Bankının nümayəndələri Culian Lampietti və Vilfred HandertmarkI, eləcə də Tara Şarafudhin “Azərbaycanda kənd təsərrüfatının transformasiyası” mövzusunda təqdimatlar ediblər.

Qeyd edək ki, İİTKM Dünya Bankı ilə birlikdə 3bilik sərgisi keçirib. “İqtisadi imkanların yaradılması üçün nəqliyyat və logistikadan istifadə”, “Ali təhsil, biznes inkubatorlari və iş yerlərinin diaqnostik tədqiqatı” “Kənd yerlərinin inkişafı və kənd təsərrüfatı” mövzularında aparılan müzakirələrə dövlət və  özəl qurumların, eləcə də akademik ictimaiyyətin nümayəndələri qatılıb.

Eləcə də bax: İnanılmaz YENİLİK: telefonu sayğaca yaxınlaşdırmaqla...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251