SƏNAYE

Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR
25 İYUN
1608

Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

2018-06-25 10:51:00

Bakı şəhəri, Abşeron rayonu, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən “Abşeron AqroPark” kompleksinin tikintisinə 2016-cı ilin oktyabr ayında başlanılıb. Fins.az xəbər verir ki, “AS Group Investment” şirkətinin layihəsi olan bu aqroparkın ərazisinin genişləndirilərək 434 hektara qədər artırılması nəzərdə tutulub. Ümumilikdə layihə 2 hissədən ibarətdir: 
1) Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan müxtəlif istixana kompleksləri – Bu sahə təxminən 330 ha ərazini əhatə edəcək.

2)  Sənaye zonası – sənaye zonası müxtəlif tipli funksional obyektləri özündə birləşdirir. Sahəsi 24 ha ərazini əhatə edən bu funksional obyektlər həm kompleksin daxilində, həm də ətraf kənd və qəsəbələrdə yerləşən istixanalara xidmət etmək gücündə olacaq.

“Abşeron AqroPark” kompleksi innovativ və müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika (saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış) təşkilini nəzərdə tutur. Müasir innovativ texnologiyalara əsaslanan istixana kompleksi və ona xidmət edən sahələrin yaradılması, kiçik və orta sahibkarlığın inkişafına dəstək olacaq, daimi iş yerlərinin açılmasına və Abşeron yarımadasında sosial rifahın yüksəlməsinə öz tövhəsini verəcək. 
“Abşeron AqroPark” kompleksinin pilot layihəsi olaraq ilk 12 ha ərazidə istixanaların inşasına başlanılıb: 
12 ha yerləşən pilot layihənin detalları: 
- Başlanma tarixi – 15 Oktyabr, 2016 
- Yerləşmə – Hövsan qəsəbəsi, Bakı, Azərbaycan 
- Ərazi (1-ci faza üçün ayrılan) – 12 ha 
- Ümumi tikinti ərazisi – 5 ha (51 840 sq.m) 
- İstixananın növü – polikarbonat istixana 
- İstixanaların tikintisində istifadə edilən materialların istehsal edildiyi ölkələr – Hollandiya, Türkiyə, İsrail və İtaliya 
- Yetişdiriləcək məhsul – pomidor (çəhrayı, bandita - salxım) 
- Məhsuldarlıq – pomidor (270 ton / ha) 
- İlk məhsulun alınıb: – Mart 2017 

Bu ilin fevralın 6-da Pekin şəhərində Azərbaycanın “AS Group Investment” şirkəti ilə Çinin iri “China CAMC Engineering Co., Ltd.” şirkəti arasında “Abşeron Aqropark” layihəsinin reallaşdırılmasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Müqaviləyə əsasən CAMCE “Abşeron Aqropark” layihəsinə 140 milyon ABŞ dolları məbləğində vəsait cəlb edəcək.

Artıq aqroparkın 10 hektar ərazisində istixanalar istifadəyə verilib. Burada pomidor və çiyələk istehsalına başlanılıb. İstixanalar ən son müasir texnologiyalarla təchiz olunub. “Abşeron Aqropark”ın tam fəaliyyəti zamanı 3500 nəfərədək şəxs işlə təmin ediləcək.

Eləcə də bax: İnanılmaz YENİLİK: telefonu sayğaca yaxınlaşdırmaqla...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250