SƏNAYE

Ələddin Eyvazov kimdir? - DOSYE
22 İYUN
1423

Ələddin Eyvazov kimdir? - DOSYE

2018-06-22 23:00:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yeni rəisi uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində çalışan Ələddin Eyvazov təyin olunub. Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunmuşdu. Fins.az Mətbuat.az-a istinadən xəbər verir ki, Ələddin Qismət oğlu Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvə-Tərəvəzçilik və üzümçülük fakultəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnib.

Ə.Eyvazov 1991-1994-cü illərdə Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi, 1994-2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında aparıcı aqronom, baş aqronom, aparıcı mütəxəssis, aparıcı məsləhətçi, müdir müavini-sektor müdiri vəzifələrində çalışıb.

2005-ci ilin sentyabr ayından 2015-ci ilin iyul ayına qədər KTN yanında DFNX-nin rəis müavini vəzifəsində çalışıb, Respublikanın baş dövlət fitosanitar müfəttişinin müavini olub. 3 iyul 2015-ci il tarixindən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışır.

2001-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi(aqrar elmlər üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. 41 elmi əsərin, 52 informasiya bülleteninin (bukletin), 3 rəngli albomun, 2 metodik vəsaitin, 1 sortun müəllifi, 2 kitabın elmi redaktoru, 1 kitabın rəyçisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251