SƏNAYE

“Azərişıq” “Facebook” və “Instagram” vasitəsilə xidmətlərini daha da asanlaşdırır
22 İYUN
159

“Azərişıq” “Facebook” və “Instagram” vasitəsilə xidmətlərini daha da asanlaşdırır

2018-06-22 11:12:00

Abunəçilərə göstərilən xidmətləri daha da asanlaşdırmaq, məmur-vətəndaş kontaktını minimuma endirmək, süründürməçilik kimi hallara yol verməmək, istehlakçıların hüquqlarını bilməsini təmin etmək, maarifləndirmə, məlumatlandırma və ASAN “xidmət” vasitəsilə həyata keçirilən işlərin operativliyi məqsədi ilə “Azərişıq” ASC-nin sosial şəbəklərdə yeni səhifələri fəaliyyətə başlayıb. Bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, səhmdar cəmiyyətinin "Facebook"da və "Instagram"da "Azerishiq.az” adlı səhifələri yaradılıb. Bu səhifələrdə “Azərişığ”ın "ASAN “xidmət” vasitəsi ilə etdiyi yeniliklər, texniki şərtlərin verilməsi prosesində həyata keçirilən islahatlar, sahibkarlar üçün nəzərdə tutulan güzəşt və xidmətlər, elektrik avadanlıqlarının istismarı zamanı anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün zəruri olan addımların atılması üçün tələb olunan xidmətlər yer alacaq.

"Bir sözlə, sadə vətəndaşdan tutmuş sahibkarlara qədər elektrik enerji təchiz edilən hər kəs “Azərişığ”ın sosial şəbəkələrdəki fəaliyyətindən faydalana biləcək. Qurumun Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin yaratdığı səhifələrdə yaxın vaxtlarda elektron qaydada yeni xidmətlər də göstəriləcək", - o qeyd edib. 

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257