SƏNAYE

Xidmət rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT
20 İYUN
4838

Xidmət rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT

2018-06-20 16:49:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxıb. Dövlət Fitosanitar Nəzarəti Xidmətdən verilən məlumata görə, o, başqa işə keçdiyi üçün ərizə yazaraq işdən çıxarılmasını istəyib. C.Quliyevin yerinə Ələddin Eyvazov təyin olunub.

Xidmətdən C.Quliyevin işdən çıxarılmasının pambıqçıların zəhərlənməsi ilə əlaqədar olması ilə bağlı yayılan məlumatı təkzib ediblər.

Yeni sədr Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub. O, həmçinin uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250