SƏNAYE

Əkin sahələrinə aqrokimyəvi pasportlar veriləcək
20 İYUN
185

Əkin sahələrinə aqrokimyəvi pasportlar veriləcək

2018-06-20 09:58:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti fermerləri torpaq analizlərinə maraq göstərməyə dəvət edir. Bunun üçün əsas son vaxtlar regional aqrokimya laboratoriyalarında  müasirləşmə işlərinin aparılmasıdır. Hansı işlər görülüb?
Xidmətdən bildirilib ki, 11 rayonda regional aqrokimya laboratoriyaları yeni tikilmiş binalarda yerləşdirilib, qaz və maye xromatoqrafları, atomik spektrometr, PH-metr, spektrofotometr, kondiktometr, distillə aparatları,  keldal, stereoskopik (binokulyar) və bioloji mikroskoplar, təzyiqli süzmə dəzgahı kimi müasir cihaz və avadanlıqlarla təchiz edilib:
- Ötən il Dövlət Xidməti tərəfindən regional aqrokimya laboratoriyalarına şəffaf qaydada, müsabiqə yolu ilə kadrların seçilməsi işləri aparılıb, Türkiyənin tanınmış alimləri və beynəlxalq ekspertlər tərəfindən laboratoriyaların əməkdaşları üçün təlimlər keçirilib.    
- Laboratoriyalarda torpağın hansı analizləri həyata keçirilir? 
- Laboratoriyalarda torpaq mühiti, duzluluq, qida maddələri və mikroelementlərin təyini üzrə analizlər aparılıb və torpaq sahələri üçün kartoqramların hazırlanması işlərinə başlanılıb. Əsasən də əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması təşkil edilir. Eyni zamanda, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması həyata keçirilir, torpağın morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri, rütubət ehtiyatı ilə təmin edilməsi müəyyənləşdirilir. Laboratoriyalarda torpağın qida maddələri ilə təminolunma dərəcəsindən, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq tələb olunan gübrə normaları müəyyən edilir. 
- Maraqlanan fermerlər hansı ünvanlara müraciət edə bilərlər?
- Hazırda Abşeron, Göygöl, Şamaxı, Tovuz və Ucar regional aqrokimya laboratoriyaları fəaliyyət göstərir. Yaxın müddətdə digər laboratoriyaların da tam fəaliyyətinin təmin olunması başa çatdırılacaq.  Artıq fermerlər və təsərrüffat subyektlərinin rəhbərləri laboratoriyalara torpaq nümunələrini təqdim edərək, onlara məxsus torpaq sahələrinin əkinə yararlı olub-olmadığını və qida maddələri ilə təminolunma dərəcəsini müəyyənləşdirirlər. Diqqətinizə çatdıraq ki, Dövlət Xidmətinin həyata keçirdiyi bütün işlər respublikamızda fitosanitar sabitliyin qorunub saxlanılması, məhsulun həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına yönəlib. (Aqrobiznes.az)

Eləcə də bax: İnanılmaz YENİLİK: telefonu sayğaca yaxınlaşdırmaqla...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256