SƏNAYE

Norm Sement Facebook və İnstagram izləyiciləri üçün möhtəşəm və innovativ layihəyə start verib
14 İYUN
157

Norm Sement Facebook və İnstagram izləyiciləri üçün möhtəşəm və innovativ layihəyə start verib

2018-06-14 16:00:00

Norm Sement Facebook və İnstagram izləyiciləri üçün möhtəşəm və innovativ layihəyə start verdi. 14 iyun tarixindən etibarən Dünya Çempionatı həyəcanını İTV-də izləyib NORM Sement-dən dəyərli hədiyyələr qazana bilərsiniz. Hədiyyələr:

Təmizlik Xidmətinə 50% ENDİRİM!

28 ədəd 300 AZN dəyərində idman mağazalarına kupon

8 ədəd 500 AZN dəyərində istirahət və sağlamlıq kuponu
4 ədəd 800 AZN dəyərində elektronika mağazalarına kupon
3 ədəd 1000 AZN dəyərində səyahət kuponu
1 ədəd 2000 AZN dəyərində səyahət kuponu

Müsabiqənin şərtləri:

Oyunu İTV-də diqqətlə izləməyiniz vacibdir, sual canlı yayım zamanı istənilən vaxt aparıcılar tərəfindən səslənəcək.

Müsabiqədə iştirak edən oyunlar NORM-un Facebook və İnstagram səhifəsində elan ediləcək;

Suala NORM Sement-in Facebook səhifəsində birinci düzgün cavab yazan şəxs hədiyyə qazanacaq;

Suala düzgün cavab verməklə yanaşı, iştirakçı NORM Sementin Facebook-İnstagram və İTV-nin Facebook səhifələrini bəyənməlidir ((fb.com/normllc ~ fb.com/ictimai.tv.radio);

Həmçinin bu postu və hər sual elan edilən postu bəyənməli, səhifəsində paylaşmalıdır;

Hər bir şəxs yalnız 1 şərh və 1 variant yaza bilər;

Qalib olan kəs yalnız bir dəfə iştirak etmək hüququna malikdir və növbəti suallarda iştirak etməyəcək;

Redaktə edilmiş, mövzudan kənar, qeyri-etik şərhlər silinəcək və nəzərə alınmayacaq;

Şəxsiyyət vəsiqəsindəki ad/soyadla Facebook profilindəki ad/soyad uyğun gəlmirsə, şərhdə cavabın sonunda düzgün ad/soyad/ata adı qeyd olunmalıdır;

Qaliblər hədiyyəni şəxsən və şəxsiyyət vəsiqələrini təqdim etməklə götürə bilərlər;

Norm şirkəti müsabiqə ərzində qaydalara dəyişiklik etmək hüququna malikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272