SƏNAYE

Samuxda 11 min hektara yaxın taxıl biçiləcək
12 İYUN
231

Samuxda 11 min hektara yaxın taxıl biçiləcək

2018-06-12 17:27:00

Samux rayonunda bu ilin məhsulu üçün 10 min 639 hektar sahədə taxıl biçini aparılacaq. Bu barədə Samux Rayon Statistika İdarəsindən məlumat verilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Qeyd edilib ki, rayon üzrə əkilmiş taxıl sahələrindən 6 min 570 hektarı buğda, 4 min 69 hektarı isə arpadır. Artıq iyunun 4-dən taxıl biçininə başlanılıb. Bununla bağlı olaraq təsərrüfatlara kifayət qədər texnika cəlb edilib. Hazırda 853 hektar taxıl sahəsindən 2 min 634 ton məhsul yığılıb. Sahələr üzrə məhsuldarlıq hər hektardan 30,9 sentner təşkil edir.

Son günlər respublikanın qərb ərazisində havanın yağmurlu keçməsi taxıl biçinini bir qədər ləngitsə də, sahələrdən bu il üçün bol məhsul gözlənilir.

Eləcə də bax: Azərişıq” daha bir yenilik etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267