SƏNAYE

Göygöl rayonunda 1857 hektarda yazlıq bitkilər əkilib
12 İYUN
245

Göygöl rayonunda 1857 hektarda yazlıq bitkilər əkilib

2018-06-12 17:19:00

Göygöl rayonunda 2018-ci ilin məhsulu üçün 1857,5 hektar sahədə yazlıq bitkilər əkilib. Bu barədə Göygöl Rayon Statistika İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, cari ilin məhsulu üçün 137 hektar sahədə dənli və dənli paxlalılar, o cümlədən 25 hektar buğda əkilib. Həmçinin 2018-ci ilin məhsulu üçün sahələrdə 551 hektar kartof, 496 hektar tərəvəz, 501 hektar şəkər çuğunduru, 111 hektar dən üçün günəbaxan, 3 hektar birillik ot, 1,5 hektarda isə yemlik kökümeyvəlilər becərilir.

Hazırda sahələrə aqrotexniki qaydalara uyğun qulluq göstərilir. İlin sonunda tarlalardan bol məhsul gözlənilir. (Azərtac)

Eləcə də bax: “Azərişıq” daha bir yenilik etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255