SƏNAYE

Əhalinin taxıla olan tələbatı açıqlandı
08 İYUN
267

Əhalinin taxıla olan tələbatı açıqlandı

2018-06-08 14:24:00

"Əhalinin taxıla olan tələbatı açıqlanıb. 1 milyon 800 min ton ağ dənli toxumlardan istifadə edilir. Bu fermerlərin nöqsanları sırasındadır".

Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Materialları Agentliyi Dövlət Taxıl Fondunun idarə rəisi Zülfüqar Məmmədov "Taxıl Fonduna taxılın" qəbuluna dair elanla əlaqədar təşkil edilmiş tədbirdə bildirib.

O vurğulayıb ki, hər bir fermer ziyanverici həşəratlara qarşı dərmanlardan istifadə etməlidir:

"Əhalinin gübrə ehtiyatı 12 % faiz təşkil edir. Bununla yanaşı, fermerlər buğdanın əkilməsinə çox üstünlük vermir. Azərbaycanın özündə hazırda buğdaya daha çox ehtiyac var. Yerli fermerlər nə qədər buğda istehsal etsələr, biz onları limitsiz şəkildə qəbul etməyə hazırıq. Lakin əsas şərt budur ki, qeyd edilən keyfiyyət göstəricilərinə, beynəlxalq standartlara uyğun olsun".

Sədr onu da əlavə edib ki, yeri taxıl istehsalçıları keyfiyyət göstəricilərinə uyğun buğda istehsal ediblərsə, Fonda təqdim etsinlər:

"Şəffaflıq üçün biz Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinə də müraciət etmişik ki, analiz prosesində onların əməkdaşları iştirak etsinlər. Ötən il ölkədə buğda qəbulunun 1 tonu 270-280 AZN arasında dəyişib. Bu il isə 300 AZN məbləğindədir. Ötən il ərzində un istehsal edən şirkətlər tərəfindən 58 min ton buğda alınıb. Bu fondla müqayisədə çoxdur, çünki un istehsal edən şirkətlər keyfiyyət dərəcəsi orta olan sortlardan da istifadə edə bilirlər. Biz beynəlxalq normalara və qeyd etdiyimiz standartlara uyğun olan məhsulları qəbul edirik. Əhalinin sayına və beynəlxalq tibbi normalardan aslı olaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi ərzaq bazarı səbətinə görə illik 1 milyon 800 min ton taxıl yığılır. Bunu isə Nazirlər Kabinetinin ayırdığı kvota əsasında 3 aylıq hissəsini tədarük etməyə imkan verilir ". (Publika.az)

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257